AFFA tərəfindən Premyer Liqada çıxış edən klubların mətbuat xidməti rəhbərləri üçün seminar keçirilir. Futbolinfo.az xəbər verir ki, seminarda mətbuat xidmətlərinin vəzifəsi, fəaliyyət istiqaməti, oyunlardan əvvəl və sonra mətbuat konfranslarının təşkili, klubların saytlarının iş prinsipi barədə məlumatlar çatdırılır.
Məhz bu seminar çərçivəsində "Xəzər Lənkəran" və "Neftçi" klublarının mətbuat xidməti rəhbərlərinin səmimiliyi diqqət çəkib. Belə ki, cənub klubunun rəsmisi Hüseyn Cəbrayıloğlu ilə paytaxt klubundakı həmkarı Gündüz Abbaszadənin bu şəkli sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Shares: