Xəbər verdiyimiz kimi, Türkiyənin "Adanaspor" klubunun idman direktoru Nurəddin Koç Azərbaycanda səfərdədi. O, dünən və bu gün çempionatımızın bir neçə matçını canlı izlədi.
 
Topaz Premyer Liqasının 17-ci turunun qapanış matçını – "Neftçi" – "Qəbələ" oyununu da stadiondan izləyən türkiyəli mütəxəssis qarşılaşmadan sonra saytımıza açıqlama verib. O, hər iki komandada bəyəndiyi futbolçuların adını açıqlayıb. Koç "Neftçi"nin yarımmüdafiəçisi Araz Abdullayevi, hücumçu Melvin Platyeni, eləcə də hər iki komandanın qapıçısını – David Petrkeviçlə Saşa Stamenkoviçi fərqləndirib.
Shares: