"Xəzər Lənkəran"ın qapıçısı Orxan Sadıqlı Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində qarşılaşdıqları "Rəvan"la oyunu şərh edib. Futbolinfo.az saytına müsahibəsində o, bunları söyləyib:
"Sevinirəm ki, biz bu gün qələbə qazandıq. Uzun müddətdən sonra susqunluğa son qoya bildik. Bu 3 xalı lənkəranlı azarkeşlərə həsr edirik. Ümid edirəm ki, qarşıdakı turda da qalib gələrik. Bundan sonra ancaq qələbələrə ehtiyacımız var. İnanıram ki, yanvar fasiləsindən sonra tam başqa "Xəzər Lənkəran" görəcəksiz".





