"Qəbələ"nin müdafiəçisi Elnur Allahverdiyev Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində keçirilmiş "Neftçi" ilə oyunda meydan sahiblərinin azarkeşləri tərəfindən təhqiredici şüarlara məruz qalmasına münasibət bildirib. Futbolinfo.az saytına açıqlamasında futbolçu bunları söyləyib:
"Mən də Azərbaycan oğluyam. Onlara nə etmişəm ki, mənə qarşı belə edirlər? Azarkeşlərin məni söyməsinin klub tərəfindən qəsdən hazırlandığını düşünürəm. Mən bunu araşdırmaq istəyirəm ki, niyə belə edirlər? Məni özümdən çıxartmaq istəyirlər? Guya məni özümdən çıxartsalar, nə olacaq ki? Vallah, düz etmirlər".
 
Qeyd edək ki, Allahverdiyev qarşılaşmadan sonra stadionu komandasıyla birgə tərk etməyib. Onun üçün arenaya xüsusi avtomobil gətirilib. Diqqət çəkən məqamlardan biri də o olub ki, həmin avtomobildə əyləşən şəxslər "Neftçi" azarkeşlərinin diqqətini çəkməmək üçün məhz paytaxt klubunun şərflərinə bürünüblər.
Shares: