"Qarabağ" məşqlərə başlayıb. Futbolinfo.az xəbər verir ki, Premyer Liqanın 18-ci turunda "İnter"i qəbul edəcək Ağdam klubu mərkəzi arenada məşqə çıxıb.
 
Dünən "Bakı"yla qarşılaşan komanda vaxt itirmədən ilin son matçının hazırlıqlarına başlayıb. Sonuncu qarşılaşmada müxtəlif səbəblərdən iştirak etməyən Rəşad Sadıqov, Riçard Almeyda, Reynaldo da komandanın hazırlığında iştirak ediblər.
 
Qeyd edək ki, "Qarabağ" – "İnter" qarşılaşması cümə günü, dekabrın 20-də keçiriləcək və saat 17:00-da start götürəcək.
Shares: