"Kəpəz"in prezidenti Mehman Allahverdiyevin futbolinfo.az saytına müsahibəsi
 
– "Kəpəz"in 14-cü yerdə olmasının səbəbi nədi?
– Komanda gec yığılıb, bu da nəticəyə öz təsirini göstərir. Son oyunlarda komanda uduzsa da, normal futbol göstərir. Çalışacağıq ki, qışda komandada dəyişiklər olsun və komandanı düzəldək.
 
– Vidadi Rzayevin gedişindən sonra yenə nəticə olmadı…
– Qışda oyunçu dəyişikləri olacaq. Komanda gücləndirilməlidi. Bayaq da qeyd etdim ki, baxmayaraq ki, komanda uduzur, amma oyun normallaşıb. Nəticə əldə etmək üçün komandanı gücləndirməliyik.
 
– Belə çıxır ki, nəticənin olmaması sırf futbolçularla bağlıdı?
– Yox, təkcə futbolçulardan asılı deyil. Əgər nəticə yoxdusa, hər kəs günahkardı. Amma əsas səbəb komandanın gec yığılmasıdı. Düzdü, son oyunlarda yaxşı oynayırıq. Amma əsas nəticədi. Yaxşı, ya pis oynamasını heç kimə sübut edə bilmərsən.
 
– Bir müddət öncə saytımıza verdiyiniz müsahibədə sponsorla danışıqların getdiyini və yaxın zamanlarda hər şeyin öz həllini tapacağını bildirmişdiz…
– Hələ ki, ortada heç nə yoxdu. Ola bilsin ki, nəsə alınsın. Amma dəqiq heç nə yoxdu.
 
– 2003/04 mövsümündə "Kəpəz"ə rəhbərlik etmiş Pərviz Yusubov komandanın hazırkı vəziyyətini klubda peşəkarların olmaması ilə əlaqələndirir…
– Əşi, imkan verin danışsın. Kim nə istəyir, deyə bilər.
 
– Yəni Yusubovun sözləri həqiqətəuyğun deyil?
– Orada nə həqiqət ola bilər axı? Klubda işləyənlərin hamısı professorlardı. Pərviz özü futbol adamıydı? Onun futboldan danışmağına 1 əsr var hələ..
 
RÖVŞƏN ƏHLİMANOĞLU
Shares: