İtaliyada daha bir oyun alqı-satqısı ilə bağlı qalmaqal yaranıb. Futbolinfo.az xəbər verir ki, yığmanın sabiq futbolçuları Cennaro Qattuzo və Kristian Brokkinin adı danışılmış oyunlarda hallanır.
Ölkə polisi bununla bağlı olaraq araşdırmaya başlayıb. Bu əsnada adıçəkilən hər iki futbolçunun günahkar olduğu üzə çıxıb. Nəticədə Qattuzo və Brokkunun evlərində axtarış aparılıb.
İtaliya polisinin araşdırmasında 90-a yaxın matçla bağlı şübhələr var. Bu qarşılaşmalar arasında "İnter" – "Milan", "Milan" – "Yuventus" oyunları mövcuddu.





