Argentina yığmasının və İtaliyanın "Yuventus" klubunun hücumçusu Karlos Teves qarşıdakı dünya çempionatında iştirak etmək şansını dəyərləndirib. Futbolinfo.az xəbər verir ki, o, Argentina millisi ilə dünya çempionatına yollanacağına inanmadığını bildirib:
“Qarşıdakı dünya çempionatına yollanacağıma inanmıram. Klubumda vurduğum bütün qolların da baş məşqçinin fikrini dəyişəcəyinə inanmıram. Böyük ehtimalla, qarşıdakı mundialı televiziya vasitəsilə izləyəcəm".
Qeyd edək ki, 29 yaşlı futbolçu bu mövsüm "Yuventus"un heyətində 10 qola imza atıb.





