Futbol üzrə İspaniya Kubokunda 1/16 final mərhələsinin cavab oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə 6 görüş baş tutub.
 
"Barselona" səfərdə darmadağın etdiyi "Kartagena"nı ev oyununda da asanlıqla məğlub edib və növbəti mərhələyə çıxıb. Səfərdə "Elçe" ilə qarşılaşan "Vilyareal" buna minimal hesablı qələbə ilə nail olub. "Xetafe" ilk oyunda sülh bağladığı "Qirona"nı evdə darmadağınla keçib. "Levante" səfərdə uduzduğu "Rekreativo"nu bu dəfə meydana çıxmasına peşman edib. "Osasuna" – "Malaqa" duelində bu dəfə də qalib müəyyənləşməyib. Amma səfərdə daha çox qol vurması "Osasuna"nı növbəti mərhələyə daşıyıb. "Qranada" isə "Alkorkon"la bacarmayıb və mübarizəni dayandırıb.
 
İspaniya Kuboku
1/16 final (cavab oyunları)
17 dekabr
 
Elçe – Vilyareal – 0:1 (ilk oyun – 2:2)
Xetafe – Qirona – 4:1 (1:1)
Levante – Rekreativo – 4:0 (0:1)
Osasuna – Malaqa – 1:1 (3:3)
Barselona – Kartagena – 3:0 (4:1)
Qranada – Alkorkon – 0:2 (penaltilərlə – 4:5) (2:0)
 
18 dekabr
 
22:30. Almeriya – Las Palmas (3:1)
22:30. Atletiko – Sant Andreu (4:0)
22:30. Betis – Lleyda Esportiu (2:1)
22:30. Real Sosyedad – Algekiras (1:1)
00:30. Real – Olimpik Xativa (0:0)
00:30. Sevilya – Santander (1:0)
 
19 dekabr
 
22:30. Espanyol – Real Xaen (2:2)
22:30. Rayo Valekano – Valyadolid (0:0)
22:30. Valensiya – Ximnastik (0:0)
00:30. Atletik – Selta (0:1)
Shares: