Bir müddət öncə “Qarabağ”ın makedoniyalı legioneri Muarem Muarem saytımıza müsahibəsində komandadan getmək istədiyini bildirmişdi. Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçi buna səbəb kimi az oynamasını göstərmişdi.
Hazırda isə Muarrem fikrini dəyişib və komandada qalmaq istəyir. Bu barədə futbolinfo.az saytına müsahibəsində makedoniyalı özü məlumat verib:
“İndi keçmiş fikrimdən daşınmışam. Artıq “Qarabağ”da hər yaxşıdı. Komandada qalmaq istəyirəm. Müqaviləmin müddəti ilyarımdan sonra bitəcək. Komandada qalmaq fikrim var. Amma baş məşqçi nə qərar verəcək, ona da hörmətlə yanaşacam. Hələ ki, Qurban Qurbanovla belə bir söhbətim olmayıb".





