"Xəzər Lənkəran”ın son iki mövsümdə uğursuz çıxışı bir çox söz-söhbətlərə yol açıb. Bu uğursuzluqda baş məşqçi amilinin rolu olduğu qədər futbolçu seçimindəki yanlışlıqlar da diqqət çəkir.
2010/11 mövsümündə klubun baş məşqçisi olmuş Mirça Rednik komandaya bir sıra legionerlər gətirdi ki, onların çoxu komandaya xeyir verdi. Julius Vobay, Adrian Pit, Uinston Parks, Andrey Mureşan, Katalin Doman və başqaları komanda üçün önəmli futbolçulara çevrilmişdi. 2011/12 mövsümünə də uğurla başlayan rumın məşqçi 2011-ci ilin dekabr ayında istefa verdi. Lakin 2012-ci ilə yeni məşqçi ilə start verən “ağ-yaşıllar”ın heyətində bundan öncəki mövsümdə olan legionerlərin az hissəsi qalmışdı. “Xəzər Lənkəran”ın ən problemli yönü də elə budu. Komandaya bir mövsümdə xeyli legioner gətirilir və növbəti mövsümdə o əcnəbilərdən çox az hissəsi komandada qalır. Bu isə səhv seçimlərin, məşqçiyə görə futbolçu transferinin nəticəsidi. Halbuki komandaya elə məşqçi gətirmək lazımdı ki, o, heyətdə yalnız kiçik dəyişikliklər etsin.
Məsələn, 2010-2011 mövsümündə Rednikın başçılığı altında komandada 25 legioner oynadı ki, bu say da həddindən artıq çoxdu:
1. Uinston Parks (Kosta-Rika)
2. Elvin Beqiri (Albaniya)
2. Elvin Beqiri (Albaniya)
3. Stelian Stanku (Rumıniya)
4. Katalin Doman (Rumıniya)
4. Katalin Doman (Rumıniya)
5. Radomir Todorov (Bolqarıstan)
6. Allan Lalin (Honduras)
7. Adrian İordaçe (Rumıniya)
8. Emeka Opara (Nigeriya)
9. Adrian Skarlatake (Rumıniya)
10. Adrian Pit (Rumıniya)
11. Andrey Mureşan (Rumıniya)
12. Hristu Kyaku (Rumıniya)
13. Konstantin Arbanas (Rumıniya)
14. Dieqo Souza (Braziliya)
15. Julius Vobay (Syerra-Leone)
16. Kristian Kabral (Braziliya)
17. Bruno Simao (Portuqaliya)
18. Dieqo Ruiz (Argentina)
19. Nikuale Muşat (Rumıniya)
20. İbrahima Banqura (Qvineya)
21. Aleksandr Pitsurka (Rumıniya)
22. Denis Romanov (Latviya)
23. Kosmin Frasinesku (Rumıniya)
24. Davit İmedaşvili (Gürcüstan)
25. Yevgeni Kopil (Ukrayna)
6. Allan Lalin (Honduras)
7. Adrian İordaçe (Rumıniya)
8. Emeka Opara (Nigeriya)
9. Adrian Skarlatake (Rumıniya)
10. Adrian Pit (Rumıniya)
11. Andrey Mureşan (Rumıniya)
12. Hristu Kyaku (Rumıniya)
13. Konstantin Arbanas (Rumıniya)
14. Dieqo Souza (Braziliya)
15. Julius Vobay (Syerra-Leone)
16. Kristian Kabral (Braziliya)
17. Bruno Simao (Portuqaliya)
18. Dieqo Ruiz (Argentina)
19. Nikuale Muşat (Rumıniya)
20. İbrahima Banqura (Qvineya)
21. Aleksandr Pitsurka (Rumıniya)
22. Denis Romanov (Latviya)
23. Kosmin Frasinesku (Rumıniya)
24. Davit İmedaşvili (Gürcüstan)
25. Yevgeni Kopil (Ukrayna)
Gördüyünüz kimi, komandanın heyətində 25 legioner oynayıb. Lakin növbəti mövsümə komanda Redniklə başlasa da, legionerlərdən bir çoxu heyətdən ayrılmışdı. 2011-2012 mövsümündə əcnəbilərin sayı 17-yə enmişdi:
1. Eder Bonfim (Braziliya)
2. Adrian Pit (Rumıniya)
3. Andrey Mureşan (Rumıniya)
4. Katalin Doman (Rumıniya)
5. Elvin Beqiri (Albaniya)
6. Antonio Semedo (Portuqaliya)
7. Vilana Rikardo (Braziliya)
8. Deyan Rusiç (Sloveniya)
9. Roberto Alviz (Xorvatiya)
10. Emeka Opara (Nigeriya)
11. Radomir Todorov (Bolqarıstan)
12. Rendall Brenes (Kosta Rika)
13. Sadio Tounkara (Mali)
14. Mario Rosas (İspaniya)
2. Adrian Pit (Rumıniya)
3. Andrey Mureşan (Rumıniya)
4. Katalin Doman (Rumıniya)
5. Elvin Beqiri (Albaniya)
6. Antonio Semedo (Portuqaliya)
7. Vilana Rikardo (Braziliya)
8. Deyan Rusiç (Sloveniya)
9. Roberto Alviz (Xorvatiya)
10. Emeka Opara (Nigeriya)
11. Radomir Todorov (Bolqarıstan)
12. Rendall Brenes (Kosta Rika)
13. Sadio Tounkara (Mali)
14. Mario Rosas (İspaniya)
15. Julius Vobay (Syerra-Leone)
16. Stevan Bates (Serbiya)
17. Salif Ballo (Mali)
16. Stevan Bates (Serbiya)
17. Salif Ballo (Mali)
Beləliklə, 2010-2011 mövsümündəki heyətdən yalnız 7 legioner qalıb və əlavə olaraq komandaya 10 əcnəbi gətirilib. Baxmayaraq ki, “Xəzər Lənkəran” Rednikin komandaya gəldiyi ilk ildə uğurlu çıxış etmişdi. “Ağ-yaşıllar” həmin mövsümü Azərbaycan çempionatının gümüş medalları və ölkə kuboku ilə bitirmişdilər.
2011-ci ilin dekabrında Redniki əvəzləyən Cüneyt Biçər komandada elə də ciddi dəyişikliklər edə bilmədi. Çünki türkiyəli məşqçi cəmi 3 ay cənub klubunun “sükanı arxasında” oldu. Biçərin yerini isə Yunis Hüseynov tutdu. Yerli mütəxəssis də 2012-2013 mövsümünə bu heyətlə başladı və Rednikin komandaya gətirdiyi bir çox futbolçuları heyətdən kənarlaşdırdı:
1. Sadio Tounkara (Mali)
2. Adrian Pit (Rumıniya)
3. Adrian Skarlatake (Rumıniya)
4. Radomir Todorov (Bolqarıstan)
5. Roberto Alviz (Xorvatiya)
6. Dmitrios Sialmas (Yunanıstan)
7. Vanderson Skarduelli (Braziliya)
8. Eder Bonfim (Braziliya)
9. Marin Orsuliç (Xorvatiya)
10. Gökhan Güleç (Türkiyə)
11. Alvaro Silva (İspaniya)
12. Toni Doblas (İpaniya)
13. Andre Roberto (Braziliya)
14. Lusiano Olquin (Argentina)
2. Adrian Pit (Rumıniya)
3. Adrian Skarlatake (Rumıniya)
4. Radomir Todorov (Bolqarıstan)
5. Roberto Alviz (Xorvatiya)
6. Dmitrios Sialmas (Yunanıstan)
7. Vanderson Skarduelli (Braziliya)
8. Eder Bonfim (Braziliya)
9. Marin Orsuliç (Xorvatiya)
10. Gökhan Güleç (Türkiyə)
11. Alvaro Silva (İspaniya)
12. Toni Doblas (İpaniya)
13. Andre Roberto (Braziliya)
14. Lusiano Olquin (Argentina)
Yunis Hüseynov yay fasiləsi zamanı komandadan bir çox futbolçunu göndərdi və heyətə 3 yeni futbolçu cəlb etdi ki, bunlar Dmitrios Sialmas, Andre Roberto və Vanderson Skarduelli idi. Lakin Hüseynovun da Lənkərandakı karyerası tez bitdi və komandaya noyabrda yeni baş məşqçi Karles Bakes gətirildi. Yalnız qış fasiləsində heyətə yeni futbolçu çağırmaq üçün vaxtı olan ispaniyalı Alvaro Silva, Marin Orsuliç və Toni Doblası yanında görmək istədi. Bakes də cənub klubunun uğursuzluqları fonundan çox tab gətirə bilmədi və martda istefa verdi. Onun yerinə isə dünya şöhrətli Con Benjamin Toşak gətirildi. Toşak digər məşqçilərdən fərqli olaraq heyətdə köklü dəyişikliklər etmədi və yalnız Roberto Alvizi komandadan göndərdi və yeni 4 futbolçu – Rasim Ramaldanov, Junior Nildo, Zohair Benouahi və Nikola Qliqorovu heyətə qatmaqla kifayətləndi ki, onlardan da yalnız biri yeni sima idi. Çünki Rasim yerli futbolçu, digərləri isə Premyer Liqamızda əvvəldən top qovanlar idi. Avrokuboklarda uğursuz çıxış isə onu da yeni addımlar atmağa vadar etdi. İlk mərhələdə çox zəif Malta “Sliema”sını mübarizədən kənarlaşdıran “ağ yaşıllar” növbəti mərhələdə biabırçılığa düçar oldular. Doğma meydanda Hayfa “Makkabi”sinə 0:8 hesabı ilə uduzan komandadan Marin Orsuliç, Eder Bonfim, Toni Doblas və Adrian Pit kənarlaşdırıldı. Lakin sonuncu Toşakın gedişindən sonra komandaya qaytarıldı. Toşak əvəzində heyətə Deyvid Sakkoni, Duqlas Leyte, Edu Orial Qrasiya və Mbilla Etame kimi futbolçuları cəlb etdi.
2013-2014 mövsümündə isə komandada bu futbolçular var:
1. Duqlas Leyte (Braziliya)
2. Adrian Skarlatake (Rumıniya)
3. Alvaro Silva (İspaniya)
4. Radomir Todorov (Bolqarıstan)
5. Deyvid Sakkoni (Braziliya)
6. Edu Orial (İspaniya)
7. Nikola Qliqorov (Makedoniya)
8. Sadio Tounkara (Mali)
9. Zohair Benouahi (Mərakeş)
10. Mbilla Etame (Kamerun)
11. Nildo Franko (Braziliya
12. Adrian Pit (Rumıniya)
2. Adrian Skarlatake (Rumıniya)
3. Alvaro Silva (İspaniya)
4. Radomir Todorov (Bolqarıstan)
5. Deyvid Sakkoni (Braziliya)
6. Edu Orial (İspaniya)
7. Nikola Qliqorov (Makedoniya)
8. Sadio Tounkara (Mali)
9. Zohair Benouahi (Mərakeş)
10. Mbilla Etame (Kamerun)
11. Nildo Franko (Braziliya
12. Adrian Pit (Rumıniya)
2010-cu ildən bu tərəfə götürsək, komandada yalnız Adrian Pit, Adrian Skarlatake və Radomir Todorovun hələ də məşqçilərə davam gətirdiyini söyləmək olar. Pit Toşak tərəfindən qara siyahıya salınsa da, Covanni Melkiorre baş məşqçi kimi komandanı meydana çıxardığı ilk oyunda rumın yarımmüdafiəçini komandaya qaytardı. “Xəzər Lənkəran” son 4 ildə yalnız bir dəfə ölkə kubokunu qazanıb və bir dəfə də ölkə superkubokuna sahib çıxıb. Bundan başqa heç bir uğuru olmayan komandada dəyişən yalnız baş məşqçilər və futbolçular olsa da, hələ ki, “ağ yaşıllar” heç nə ilə yadda qalmır. Bu mövsüm 8-ci pillədə “möhkəmlənən” cənub klubu yeni baş məşqçi Mustafa Dənizli ilə bu uğursuzluğa son vermək istəyir.
Kəsəsi, daim lazımsız legionerləri bol olan, onları əlcək kimi dəyişən cənubluların uğursuzluğunun da səbəbi elə bunda gizlənir. Dənizlinin də tam yeni heyət yığacağı bəllidi. O, artıq bir neçə futbolçunu “qara siyahı”sına salıb. Zohair Benouahi və Junior Nildo Toşakın gedişindən sonra ehtiyatda qalmaqdan başqa bir işə yaramır. Yalnız Nildo oyunlara sonradan daxil olsa da, mərakeşli yarımmüdafiəçi ümumiyyətlə, görünmür. Çox güman ki, Dənizli qış fasiləsində Nildo, Benouahi, Duqlas, Todorov, Alvaro Silva və Edu Orial Qrasiyanı komandadan kənarlaşdırılacaq. Və beləliklə, “Xəzər Lənkəran”da yeni “nəsil dəyişimi” gözlənilir. Mustafa Dənizli də artıq gözaltı etdiyi və tanıdığı futbolçuları komandada dəvət edəcək.
Klubun fəxri prezidenti Mübariz Mənsimov müsahibələrinin birində demişdi ki, “ildə komandama 20 milyon pul xərcləyirəm, amma nəticə yoxdu və mən üzülürəm”. “Palmali” şirkətlər qrupunun rəhbəri bir dəfə bu qədər futbolçu, məşqçi dəyişikliyinin səbəbi ilə maraqlansa, o zaman pulların hara xərcləndiyini bilər. Çünki klubda komandanı yönəltməkdən çox pul xərcləməyi bacaran adamlar yetərincədi. Yəqin onların da marağındadı ki, legionerlər tez-tez gəlib-getsin. Axı, hər gələn yaxşı pul alır və onların da transferlərindən kimlərsə lazımınca qazanır.
ELSEVƏR MƏMMƏDOV





