Futbol üzrə Azərbaycan yığmasında oynamağa layiq olduğu halda hər dəfə onun açıqladığı siyahıdan kənarda qalan "İnter"in yarımüdafiəçisi Asif Məmmədov almaniyalı mütəxəssisin postunda saxlanılmasına münasibət bildirib. Futbolinfo.az saytına açıqlamasında o, bunları söyləyib:
 
"Düzü, Foqts barədə danışmaq istəmirəm. Sonuncu tsikildə göstərdiyi nəticə yaxşı oldu. Görünür, buna görə baş məşqçi postunda heç bir dəyişikliyə əl atılmadı. Sadəcə, istəyirəm Foqts bilsin ki, mən də millidə oyamaq üçün özümu hazır sayıram. Bunun üçün əlimdən gələni edəcəm. O formanı geyinməyə layiqəm. Foqtsdan dəvət gözləyirəm".
Shares: