“San Lorenso” klubunun baş məşqçisi Xuan Antonio Pissi “Valensiya”dakı vakant yerə əsas namizəddi. Futbolinfo.az xəbər verir ki, o, “yarasalar”ın baş məşqçi postunu tuta bilər.
 
İspanlar yaxın günlərdə “San Lorenso”nu Aperturanın qalibi edən Pissini ən layiqli namizəd sayır.
 
Xuanla danışıqlar nəticə verməsə, “Valensiya” Marselo Byelsa və Viktor Fernandeslə danışıqlar aparacaq. Çox güman ki, yaxın 3 gün ərzində komandaya yeni baş məşqçi təyin ediləcək.
Shares: