Futbol üzrə İspaniya Kubokunda 1/16 final mərhələsinin cavab oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə 6 görüş baş tutub.
"Almeriya" ilk oyunda qalib gəldiyi "Las Palmas"la evdə sülh bağlasa da, mərhələ adlayıb. "Atletiko" "Sant Andreu"ya evdə də qalib gəlib. "Betis" də sülh bağladığı "Lleyda Esportiu" klubunu ilk oyundakı qələbə sayəsində üstələib. "Real Sosyedad" səfərdə sülhə razılaşdığı "Algekiras"ı evdə darmadağınla keçib. "Real" ilk oyunda məğlub edə bilmədiyi "Olimpik Xativa"nı Madriddə 2 qolla yenib. "Sevilya" isə "Santander"ə uduzaraq mübarizəni dayandırıb.
Qalan oyunlar bu gün keçiriləcək.
İspaniya Kuboku
1/16 final (cavab oyunları)
17 dekabr
Elçe – Vilyareal – 0:1 (ilk oyun – 2:2)
Xetafe – Qirona – 4:1 (1:1)
Levante – Rekreativo – 4:0 (0:1)
Osasuna – Malaqa – 1:1 (3:3)
Barselona – Kartagena – 3:0 (4:1)
Qranada – Alkorkon – 0:2 (penaltilərlə – 4:5) (2:0)
18 dekabr
Almeriya – Las Palmas – 0:0 (3:1)
Atletiko – Sant Andreu – 2:1 (4:0)
Betis – Lleyda Esportiu – 2:2 (2:1)
Real Sosyedad – Algekiras – 4:0 (1:1)
Real – Olimpik Xativa – 2:0 (0:0)
Sevilya – Santander – 0:2 (1:0)
19 dekabr
22:30. Espanyol – Real Xaen (2:2)
22:30. Rayo Valekano – Valyadolid (0:0)
22:30. Valensiya – Ximnastik (0:0)
00:30. Atletik – Selta (0:1)





