FİFA futbolun inkişafına kömək etmək məqsədi ilə layihələrini davam etdirir. Futbolinfo.az xəbər verir ki, belə addımlardan biri də quruma üzv olan 209 ölkəyə dəstək layihəsi olub.
 
Ali futbol qurumu ümumilikdə yardım məqsədi ilə 200 milyon avro ayırıb. Məbləğdən daha çox Somali, Əfqanıstan və Fələstin pay alıb. Yardımın xüsusilə yeni futbol ölkələrinə edildiyi bildirilib.
 
Qeyd edək ki, FİFA-nın köməyi ilə bu il Somalida ot örtüyünün hazırlanması ilə bağlı kurslar təşkil olunub. Həmçinin qurumun dəstəyi ilə Əfqanıstanda stadion tikilib.
Shares: