İtaliya A seriyasının lideri "Yuventus" iki futbolçusu ilə müqavilə yeniləyəcək. Futbolinfo.az xəbər verir ki, rəhbərlik Andrea Pirlo və Pol Poqbanı əldən buraxmaq istəmir.
Son vaxtlar adıçəkilən oyunçuların komandadan ayrılacağına dair xəbərlərin intensivləşməsi Turin klubunu belə bir addım atmağa vadar edib. Bu barədə açıqlama verən “Yuve”nin idman direktori Massimo Marotta hər iki futbolçu ilə razılığa gəldiklərini deyib. O, rəsmi şəkildə yanvarda müqavilələr barədə məlumat verəcəklərini bildirib.





