Futbol üzrə Türkiyə Kubokunda 5-ci mərhələnin oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Cihan Özkaranın komandası “Sivasspor” da bu mərhələdə öz oyununu keçirib.
Futbolçumuzun komandası “Nazilli Belediyespor”la qarşılaşıb. Qarşılaşmanın əsas vaxtı qolsuz heç-heçə başa çatıb. Özkara 108-ci dəqiqədə, hesab 1:1 olarkən meydana daxil olub. Məhz onun meydana çıxmasından sonra komandası daha bir qol vurub. Nəticədə görüş Cihanın komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.





