Futbol üzrə Türkiyə Kubokunda 5-ci təsnifat mərhələsinə yekun vurulub. Futbolinfo.az xəbər verir ki, bir oyundan ibarət bu mərhələdə 16 klub növbəti tura 8 vəsiqə uğrunda mübarizə aparıb.
 
Son oyun günündə öncə bir gün əvvəl yarıda qalmış "Əskişəhərspor" – "Fəthiyəspor" matçının davamı oynanılıb. Xatırladaq ki, bu qarşılaşma hesab 0:0 olarkən yarıda dayandırılmışdı. Daha doğrusu, qarşılaşmanın ilk yarısından sonra stadionun işıqlandırma sistemindəki problemlər səbəbindən ikinci hissə oynanılmamışdı. Görüşün davamında 3 cavabsız qol vuran "Əskişəhərspor" mərhələ adlayan tərəf olub.
 
"Sivasspor" "Nazilli Bələdiyyəspor"a qalib gəlib. "Ərciyəsspor" "Akhisar BS" ilə mübarizədən məğlub ayrılıb. "Bursaspor" da inamlı qələbə sayəsində adını növbəti mərhələyə yazdırıb.
 
Bu mərhələnin digər oyunları əvvəlki günlərdə keçirilmişdi.
 
Türkiyə Kuboku
5-ci təsnifat mərhələsi
17 dekabr
 
Karabükspor – Elazığspor – 1:1 (penaltilərlə 2:4)
 
18 dekabr
 
Tokatspor – Kayserispor – 1:0
Əskişəhərspor – Fəthiyəspor – 3:0
Qalatasaray – Balıkəsirspor – 4:0
Bucaspor – Antalyaspor – 0:1 (əlavə vaxtda)
 
19 dekabr
 
Sivasspor – Nazilli Bələdiyyəspor – 2:1
Ərciyəsspor – Akhisar BS – 0:1
Bursaspor – İnegölspor – 3:0
Shares: