Bir neçə gün öncə AFFA ilə müqavilə müddətini iki il artırmış futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts bildirib ki, onun uzunmüddətli məqsədi AÇ-2020-nin oyunları üçün komanda yaratmaqdı. Futbolinfo.az sizi Foqtsun bu barədə Almaniya mətbuatına müsahibəsi ilə tanış edir:
“Mən hiss edirəm ki, bu komandanın çox gözəl perspektivləri var. Buna görə də mən və köməkçim Uli Ştayn burada daha iki il qalmağı qərara aldıq”.
Qeyd edək ki, AÇ-2016-nın təsnifat mərhələsi, Foqts üçün öz vəzifəsində iştirak edəcəyi dördüncü seçmə mərhələdi: “Qarşıdakı uzunmüddətli məqsədimiz AÇ-2020-də iştirakdı. Axı Azərbaycan bu yarışın üç oyununu keçirilməsinə iddialıdı. Gənc oyunçular bu müddətə öz idman formasının zircəsində olmalıdı. Bu, gənclik və təcrübənin vəhdəti olacaq ki, bu da bizim son illərdə komanda ilə nail olmaq istədiyimizdi”.
Foqtsun son böyük uğuru, Almaniya millisi ilə AÇ-96-da çempionluqdu. Bu uğurdan sonra Almaniya millisi qitə və dünya miqyasında bir dəfədə olsun, çempionluq qazanmayıb: “Mən komandanı tez-tez görmək, oyunçuları tez-tez toplamaq fikrindəyəm. AFFA prezidenti Rövnəq Abdullayev mənə dedi ki, komandada daha çox gənc və perspektivli oyunçu görmək istəyir”.
Alman mütəxəssis həmçinin AFFA-dan narazılığını da dilə gətirib. Buna səbəb, AFFA-nın yığmanın yoldaşlıq oyunlarının sayının azaldılması qərarı olub: “Mən düşünürəm ki, bu qərar kiçik futbol ölkələrinə zərər gətirir. Təsəvvür edin ki, biz martda yoldaşlıq oyunu keçirəcəyik və növbəti dəfə sentyabrda rəsmi oyunda meydana çıxacağıq. Yəni, yarım ildən sonra! Bu, istənilən məşqçi üçün çətindi”.





