"Real" (Madrid) klubunun baş məşqçisi Karlo Ançelotti gələn ay transfer etmək istədiyi futbolçunun adını açıqlayıb. Futbolinfo.az xəbər verir ki, italiyalı "Mançester Siti"nin yarımmüdafiəçisi David Silvanı heyətdə görmək istəyir.
"Real" rəhbərliyi Kaka və Məsut Özilin komandadan ayrılmasından sonra yarımmüdafiə xəttində yaranan boşluğu məhz Silva ilə doldurmaq niyyətindədi. Yüksək məbləğ təklif edəcəyi təqdirdə "Mançester Siti"nin Silvanı "Real"a buraxacağı gözlənilir.
Silva 2010-cu ildə "Valensiya"dan "Mançester Siti"yə transfer olunmuşdu.





