"Qəbələ"nin baş məşqçisi Yuri Syomin Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində qarşılaşdıqları "Bakı" ilə oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, qəbələlilərin rusiyalı çalışdırıcısı 2:0 hesabıyla başa çatan görüşdən sonra bunları söyləyib:
"Öz oyunçularımı və rəhbərliyi təbrik edirəm. Bəzi hallarda oyunumuz yaxşı alınmadı. Əsas olan komandanın ürəkdən oynamasıdı. Bu gün biz güclü komandaya qalib gəldik. Hansı ki, bu komanda "Qarabağ"a qalib gəlmişdi. Məğlubiyyətdən sonra qələbə gözə çarpan olur. Oyunu iki hissəyə bölmək olar. Birinci hissədə qol vurana qədər top üstünlüyü bizdə idi. Qoldan sonra qonaqların əks hücumları oldu və biz də bu taktika ilə oynadıq".
"Rubin"in baş məşqçisi postuna Rusiya mətbuatının namizədi olan Syomin əməkdaşımızın mövzu ilə bağlı verdiyi suala isə "Çox sağ olun" deməklə kifayətlənib və zalı tərk edib.
RÖVŞƏN ƏHLİMANOĞLU, Qəbələ





