"Bakı"nın baş məşqçisi Milinko Pantiç Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində qarşılaşdıqları "Qəbələ" ilə oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, "zolaqlılar"ın serbiyalı çalışdırıcısı 0:2 hesabıyla başa çatan görüşdən sonra bunları söyləyib:
"Mənə elə gəlir ki, ədalətsiz məğlubiyyət oldu. Yaxşı oynadıq, top saxladıq. Xeyli sayda hücum etdik. Oyunda güclü tərəf biz olsaq da, sonda məğlub olduq. Rəqib qapıçı mükəmməl oyun göstərdi. Bu futboldu, hər şey ola bilər. Bizim komanda qol vurmağa çətinlik çətir, lakin müdafiədə asanlıqla qol buraxırıq. Hər kəsin qaşıdan gələn bayramını təbrik edirəm".
Bundan başqa Pantiç fasilədə "Bakı"da aparılan heyət dəyişikliyindən də danışıb: "Komandada dəyişiklərin olacağı aydın görünür. Səhvlərimiz, boşluqlarımız göz önündədi. Boşluqları doldurmağa çalışacağıq. Yaxşı oyunçular gətirməyə çalışacam. Qış fasiləsində oyunçuları komandaya cəlb etmək çətindi. Həm yerli, həm də əcnəbi futbolçularla yollar ayrılacaq".





