İngiltərənin "Arsenal" klubunun gənc ulduzu Cek Uilşer İngiltərə Futbol Federasiyası (İFF) tərəfindən cəzalandırılıb. Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçi qarşıdakı iki oyunda komandasına kömək edə bilməyəcək.
 
Buna futbolçunun Premyer Liqanın ötən turunda "Mançster Siti" ilə keçirilən görüşdə (3:6) rəqib azarkeşlərə qarşı qeyri-etik hərəkət etməsi səbəb olub.
 
Belə ki, 21 yaşlı futbolçu tərəfdarlara orta barmağını göstərərək onları təhqir etmişdi. Bununla da Uilşer Premyer Liqada "Çelsi" və "Vest Hem"lə görüşləri buraxmalı olacaq.
Shares: