Cari mövsüm Yunanıstanın "Olimpiakos" klubunun ən böyük qol silahına çevrilən Konstantinos Mitroğlu komandası ilə müqaviləni yeniləyib. Futbolinfo.az xəbər verir ki, rəhbərlik bir çox Avropa nəhənginin hədəfində olan yunan hücumçu ilə sözləşmə müddətini 2017-ci ilə qədər uzadıb.
Yeni müqaviləyə əsasən o, ildə 1 milyon avro qazanacaq.
Qeyd edək ki, Mitroğlu bu mövsüm 17 qol və 3 qol ötürməsinə imza atıb.





