Futbol üzrə Azərbaycan 1-ci Divizionunda 15-ci tura start verilib. Futbolinfo.az xəbər verir ki, günün tək oyununda “Turan-T” “Şəmkir”lə qarşılaşıb.
Tovuz şəhər stadionunda baş tutan qarşılaşmada “Şəmkir” nominal ev sahibi olsa da rəqibinə 0:2 hesabı ilə məğlub olub.
Tovuz təmsilçisinin heyətində Fərmayıl Əliyev (31) və Rəşad Piriyev (67) fərqləniblər.
Turun digər oyunları qarşıdakı günlərdə keçiriləcək.





