İngiltərənin "Mançester Yunayted" komandasının yarımmüdafiəçisi Antonio Valensiya hələ uzun illər “qırmızı şeytanlar”ın formasını geyəcək. Futbolinfo.az xəbər verir ki, rəhbərliyin futbolçuya yeni müqvilə təklif etməsi belə deməyə əsas verir.
Oyunçu da mankunyanların yeni təklifinə müsbət yanaşır. Ötən yay MY Valensiya üçün xeyli təklif alsa da, hamısını geri çevirib.
Antonio yeni sözləşməni imzalamaqla özünü 2015-ci ilə qədər MY-yə bağlayacaq.





