“Rəvan”ın baş məşqçisi Şahin Diniyevin futbolinfo.az saytına müsahibəsi
– "Simurq"a məğlubiyyəti necə şərh edərdiz?
– “Simurq” bütün komponentlərdə bizi üstələdi. 3 qol vurdular. Sonra artıq oyunun taleyini dəyişmək də mümkün deyildi. Oyunumuzda çox boşluqlar var idi. Sanki komanda mübarizə aparmaq istəmirdi.

– Komandadakı dəyişiklikləri artıq müəyyən etmisiniz?
– Bugünkü oyun bizə çox şeyi göstərdi. Əslində, əvvəlcədən fikrim var idi ki, komandada 2,3 mövqeyi gücləndirsək, nəsə etmək olar. Amma bu oyundan sonra başqa boşluqlar da meydana çıxdı. Artıq bir çox mövqelərdə dəyişiklik etmək barədə düşünürük. Ən azından 6-7 mövqeyə futbolçu lazımdı. “Rəvan”dan gedənlər çox olacaq. Bu oyun bir sıra planlarımda dəyişiklik yaratdı.
– Georgi Çıxradze ilə aranızda mübahisə yaşandı. Nə baş vermişdi?
– Yox, mübahisə deməzdim. Mişel Balokoqa qırmızı vərəqə verilən zaman Çıxradze bizim futbolçuya "yavaş oyna" deyə səsləndi. Mən də Çıxradzeyə dedim ki, sakit olsun. Futbolçu qırmızı vərəqə alıb, əsəbidi, hesabda geridəyik, rəqib komandanın baş məşqçisi ona "yavaş" deyə qışqırır. O da qayıdıb gürcü məşqçiyə nəsə cavab qaytara bilərdi. Buna görə də rəqib komandanın baş məşqçisinə dedim ki, "Mişel cavab qaytarsa, bu, heç də yaxşı olmayacaq". Yoxsa onunla aramda heç bir problem yoxdu. Biz mübahisə etmədik. Hamı da gördü ki, qucaqlaşdıq, görüşdük.

– Hakimin Mişelə verdiyi qırmızı vərəqə epizodu ilə razısız?
– Hakimin qərarlarını burda müzakirə etmək fikrim yoxdu. Əgər veribsə, deməli var imiş. Epizodu şərh etmək istəmirəm. Həmin yerə yaxın Rəhim Həsənov idi və o, epizodu daha dəqiq görürdü. Bu gün onsuz da komandam meydanda çox zəif təsir bağışladı.