“Xəzər Lənkəran”ın mərkəz müdafiəçisi Adrian Skarlatakenin həyat yoldaşı Beatrice Skarlatakenin futbolinfo.az saytına müsahibəsi
– Ölkəmizə gəlməzdən öncə Azərbaycan haqqında nə bilirdiz?
– Çox az şey bilirdim. Sadəcə, orta məktəbdə oxuduqlarımdan bilirdim ki, Azərbaycan adlı bir ölkə var və paytaxtı Bakıdı. Bura gələndən sonra isə ölkənizi daha yaxından tanıdım, çox xoşladım. Bakını şəkillərdə görmüşdüm, amma bu qədər gözəl bir şəhər olduğunu təsəvvür etmirdim. Sonra bir az internetdən Azərbaycan haqqında oxudum. Doğrudan da çox maraqlı gəldi.
– Bura gələndə ən çox nəyi xoşladınız?
– Biz bura ilk dəfə 3 il öncə gəldik. 6 ay qaldıq. Sonra Buxarestə qayıtdıq. İkinci dəfə gəlib qalanda isə artıq mən buralara çox öyrəşdim. Burada ən çox diqqətimizi çəkən yeni tikililərin olması idi. Yeni küçələr salınır, yeni körpülər tikilir. Bakı gündən-günə müasirləşir.
– Qarabağ müharibəsi haqqında nəsə bilirdiz? Bura gələn legionerlərin çox az hissəsi bunu bilir…
– Yox, mən də bilmirdim. Amma burada turizm yerlərinin çox olduğundan xəbərim var idi.
– Azərbaycandan təklif gələndə Adrian sizdən fikrinizi soruşdu?
– Əlbəttə, soruşdu. Amma buna o, özü qərar verməli idi. Çünki futbolu Adrian oynayır və harda daha yaxşı olacağını o bilir. Azərbaycana gəldikdən sonra ona çox yaxşı oldu. “Xəzər Lənkəran”da tam potensialını ortaya qoya bildi. Həmçinin fanatlar Skarlatakeni çox sevirlər.
– Azərbaycan futbolu haqqında nəsə bilirdiz?
– Yox, mən ümumiyyətlə futbol haqqında çox şey bilmirəm. Sadəcə, Adrianı izləyirəm, onun oyunlarına baxıram.
– Lənkəranda yaşayırsız. Bu şəhər xoşunuza gəlirmi?
– Bakıda yaşamaq daha yaxşıdı. Burada adam çox şey edə bilmir. Gəzməyə o qədər də yerlər yoxdu. Amma Bakı yaşamaq üçün çox gözəldi.
– Azərbaycan mətbəxini xoşlayırsız?
– Əlbəttə!
– Hansı yeməklər daha çox xoşunuza gəlir?
– Kabab, toyuq qızartması.
– Azərbaycan yeməklərindən hazırlaya bilirsiz?
– Bəzilərini. Məsələn, çoban salatını. Toyuğu da bişirə bilirəm, kabab da.
– “Xəzər Lənkəran” necə komandadı?
– Mənim üçün yaxşıdı. Ən azından Adrian orda oynayır. Bu komandanın ən böyük üstünlüyü azarkeşləridi. Onlar komandaya çox kömək edirlər.
– Hazırda komanda çox pis vəziyyətdədi. Adrian sizinlə bu barədə söhbət edirmi?
– Yox, o mənimlə futboldan danışmır. Çünki bilir ki, mən futbolu heç də yaxşı bilmirəm. Futbol onun işidi və o işindən evdə danışmır.
– Bəs “Xəzər Lənkəran” uduzanda?
– Çox pis və əsəbi olur. Mən də ona dəstək oluram. Evdə ona azarkeşlik edirəm.
– Çox pis və əsəbi olur. Mən də ona dəstək oluram. Evdə ona azarkeşlik edirəm.
– Adrianı komandaya Mirça Rednik gətirmişdi və onunla komanda çox gözəl irəliləyirdi. Rednik komandadan gedəndə həyat yoldaşınızın buna münasibəti necə oldu?
– Bunu Adriandan souşsaz, daha yaxşı olar.
– Bunu Adriandan souşsaz, daha yaxşı olar.
– Azərbaycanda yalnız Lənkəran və Bakı şəhərlərində olmusuz?
– Başqa şəhərləri gəzməyə vaxtımız olmur. Bütün həftəni oyunlara hazırlaşırlar. Sonra oyun olur və oyundan sonra bir və ya iki gün istirahət olur ki, onu da evdə keçiririk.
– Başqa şəhərləri gəzməyə vaxtımız olmur. Bütün həftəni oyunlara hazırlaşırlar. Sonra oyun olur və oyundan sonra bir və ya iki gün istirahət olur ki, onu da evdə keçiririk.
– Azərbaycan və Rumıniya arasında nə fərqlər var?
– Rumıniya Avropanın mərkəzidi, amma Azərbaycan yox. Bizim bir çox şəhərlər Avropaya inteqrasiya ediblər, amma burada təkcə Bakını demək olar. Həm də fərqli mentalitetlərə malik ölkələrdi.
ELSEVƏR





