İcarə əsasında "Sumqayıt"da çıxış etsə də, müqavilə ilə "Xəzər Lənkəran"a məxsus olan Slavik Alxasovun "Xəzər Lənkəran"a keçmək üzrə olduğunu xəbər vermişdik. Artıq bu məsələyə "Neftçi" tərəfi də öz münasibətini açıqlayıb.
 
Futbolinfo.az saytına açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə bunları söyləyib:
 
"Düzdü, "Xəzər Lənkəran" Slavik Alxasovun öz heyətində görmək istəyir. Biz Ağabala Ramazanov və Amit Quluzadənin də bu cür transferinə şərait yaratmışıq. Bildiyiniz kimi onların təmannasız müvafiq olaraq "Xəzər Lənkəran" və "Qəbələ"yə transferinə şərait yaradılıb. Hazırda hər ikisi klublarında oynayır. Slavik üçün hər iki klubun rəhbərliyi arasında danışıq olub və şifahi razılıq əldə olunub. Amma rəsmi bir şey yoxdu. Müqavilə imzalanan kimi, mətbuata bildirəcəyik. "Neftçi" klubu digər klubların Azərbaycan futboluna yatırımlarını nəzərə alaraq, belə transferlərə şərait yaradır. Slavikin də "Xəzər Lənkəran"a getməsinə şərait yaradılacaq".
Shares: