Mövsümün ilk iki dövrəsini icarə əsasında "Sumqayıt"da keçirən, müqavilə ilə "Neftçi"yə məxsus olan Slavik Alxasov "Xəzər Lənkəran"a keçəcəyi barədə xəbərlərə münasibət bildirib. Futbolinfo.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mən də bu barədə xəbərləri mətbuatdan oxumuşam. Hələ ki, mənə rəsmi bir təklif gəlməyib. "Neftçi"yə məxsus futbolçuyam. Mənim haqqımda qərarı onlar verəcək. Transfer vərəqəm onlarladı. "Xəzər Lənkəran"a gedəcəyimlə bağlı dəqiq heç nə deyə bilmərəm".
Shares: