“France Football” nəşrinin jurnalisti Vensan Maşno özü də bilmədən "Qızıl Top" mükafatının laureatının kim olduğunu açıqlayıb. Futbolinfo.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb. Müxbir sosial şəbəkədə Kriştianu Ronaldo ilə şəklini yayıb.
Qeyd edək ki, məhz laureat “France Football” nəşrinə müsahibə verir. Bundan sonra Maşno bunları təkzib edən yazı da qoyub: "Bütün bunlar şayiədi. Ronaldo ilə elə-belə görüşmüşdüm".





