“Sky İtalia”nın məlumatına görə, “Milan” komandasının yeni baş məşqçisi Klarens Zeedorf olacaq. Futbolinfo.az xəbər verir ki, Silvio Berluskoni və Adriano Qalliani dünən yeni çalışdırıcının məşqçinin kimliyini müzakirə ediblər.
 
Ötən günlərdə “Tottenhem”dən qovulan Andre Villaş-Boaş və Zeedorf arasında seçim edilib. İtalyanlar hazırda Braziliyanın “Botafoqo” klubunda çıxış edən hollanda üstünlük veriblər. İtaliya mətbuatının məlumatına görə, “Milan”ın keçmiş əfsanəsi ilə ilkin müqavilə də imzalanıb.
 
Əlavə edək ki, hazırki çalışdırıcı Massimiliano Alleqrinin mövsümün sonunda müqaviləsi başa çatır.
Shares: