Xəbər verdiyimiz kimi, bu gün "İmarət" fan klubu 2013-cü ilin yekunları ilə bağlı tədbir keçirib. Futbolinfo.az xəbər verir ki, tədbirdə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov və komandanın kapitanı Rəşad Sadıqov da iştirak edib.
Qurbanovla Sadıqov tədbir zamanı azarkeşlərlə bağlı maraqlı fikir səsləndiriblər. Belə ki, onlar azarkeşlərin stadionlarda rəqib oyunçuları, hakimi söymələrinə etirazlarını dilə gətiriblər və bu kimi halların təkrarlanmamasını istədiklərini söyləyiblər:
"Biz "Qarabağ komandasını təmsil etdiyimizi unutmamalıyıq. Belə şeylər bizə yaraşmaz".





