Tatarıstanın “Rubin” komandasının azarkeşləri respublika prezidentinə Qurban Berdıyevi qaytarmaq tələbilə məktub yazıblar. Futbolinfo.az xəbər verir ki, onlar məktubda bir neçə gün öncə istefaya göndərilən baş məşqçi Kurban Berdıyevin vəzifəyə qaytarılmasını istəyib:
"Berdıyevin 12 illik rəhbərliyi dövründə Rubin 487 rəsmi oyun keçirib. Bunlardan 225-i qələbə , 131-i heç-heçə və 131-i də məğlubiyyətlə başa çatıb.Komandamız 2 dəfə ölkə çempionu olub, 1 dəfə kubok qazanıb, 2 dəfə də Rusiya superkubokunun qalibi olub. Onun rəhbərliyi vaxtında “Rubin” 2 dəfə Çempionlar Liqasının qrup mərhələsində çıxış edib , “Barselona”nı məğlubiyyətə uğradıb. Avropa liqasında isə 1/4 finala yüksəlib. “İnter” , “Atletiko”, “Levante” və “Çelsi” kimi komandalara qalib gəlib. Bu mövsüm isə Avroliqanın qrup mərhələsini lider kimi tamamlayıb. Çempionatda isə “Rubin”i avrozonadan cəmi 10 xal ayırır. Bizim məşqçimizi qaytarın".





