"Qızıl Top"un təqdimat mərasimində aparıcı Fernanda Lima “abırlı” paltar geyməyə məcbur qalacaq. Futbolinfo.az xəbər verir ki, 36 yaşlı model bir neçə gün əvvəl mundialın püşkatmasının aparıcısı idi.
Onun açıq-saçıq geyimi İran hökuməti tərəfindən tənqid edilmişdi. Mərasim zamanı İran televiziyası xüsusi metodla Limanı ört-basdır etməyi bacarmışdı. Lima iranlılardan üzr istədiyini dilə gətirərək , bundan sonrakı tədbirlərdə daha ehtiyatlı olacağına söz verib.





