“Bavariya” klubununu yarımmüdafiəçisi Frank Riberi klublararası dünya çempionatının ən yaxşı futbolçusu seçilib. Futbolinfo.az xəbər verir ki, fransız futbolçu turnir ərzində 1 qol vurmasına baxmayaraq, komandaya verdiyi faydasına və çempionluqda böyük rol oynadığına görə, digərlərindən fərqlənib.
Xatırladaq ki, Riberi "Qızıl top" mükafatına son 3 namizəddən biridir.





