İngiltərənin "Arsenal" klubu hücumçusu axtarışlarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, London təmsilçisi indi də "Yuventus"un forvardı Fernando Lorenteyə "elçi" düşüb.
"Arsenal"ın baş məşqçisi Arsen Venger ispaniyalı futbolçunu oliver Jirunun yanında oynatmağı planlaşdırır. "Topçular" daha öncə "Liverpul"un hücumçusu Luis Suareslə maraqlansa da, uruqvaylı futbolçunun Madrid "Real"ında oynamaq istəməsi "Arsenal"ı çətin vəziyyətdə qoyub. Bununla da, “Arsenal” bütün diqqətini Lorenteyə yönəldib.
Qeyd edək ki, Lorente ötən mövsüm "Atletik" (Bilbao) klubundan "Yuventus"a transfer olunub.





