"Real"ın (Madrid) futbolçusu Qaret Beyl bu axşam La Liqada baş tutacaq "Valensiya" ilə matçda oyanamayacaq. Futbolinfo.az xəbər verir ki, bu barədə klubun baş məşqçisi Karlo Ançelotti açıqlamasında deyib.
Komandanın məşqində zədələnən uelsli yarımmüdafiəçinin zədəsi tam sağalmayıb. Son hazırlıqda da iştirak etməyən futbolçu bu səbəbdən "Valensiya" ilə oyun üçün heyətə daxil edilməyib.
Qeyd edək ki, sözügedən qarşılaşmada "Real"dan cəzalı olan Pepe və zədəli oyunçular Anhel Di Mariya, Sami Hedira, Rafael Varan, Fabio Koentrao da iştirak etməyəcək.





