Azərbaycan Premyer Liqasında qış fasiləsi yarandığından klubların heyətindən gedən futbolçuların adları yavaş-yavaş bəlli olur. Futbolinfo.az xəbər verir ki, “İnter” artıq iki futbolçusunu göndərib.
 
Kaxaber Sxadadze İlço Nuamoski və Daniel Genovu komandadan uzaqlaşdırıb.
 
Qeyd edək ki, Genov 2010-cu ildə “İnter”ə transfer olunub. 2011/12 mövsümünü “Simurq”da icarə əsasından keçirən hücumçu mövsümün sonunda komandaya qayıtsa da, Sxadadze ona əsas komandada nadir hallarda şans verib. 2013/14 mövsümünün başlanğıcından isə Genov əvəzedici heyətə göndərilib.
 
Naumoski isə 2013-ilin yayından paytaxt klubunua keçsə də, ümidləri doğrultmayıb. Nəticədə Sxadadzeni qane etməyən futbolçu komandadan ayrılıb.
Shares: