İtaliyanın “Yuventus” klubu baş məşqçi Antonio Kontenin klubdan ayrılma ehtiamlına görə çox narahatdı. Buna görə də, rəhbərlik çalışdırıcıya yeni müqavilə təflik edəcək.
Futbolinfo.az xəbər verir ki, "qoca sinyora” Kontenin razılığını almaq üçün 44 yaşlı məşqçinin bütün istəklərini yerinə yetirməyə hazırdı.
 
Konte ilk şərt olaraq klub rəhbərliyindən Andrea Pirlo və Pol Poqbanın komandada qalmasını istəyir. Bu məqsədlə rəhbərlik artıq adıçəkilən futbolçularla danışıqlara başlayıb və tezliklə onların yeni müqaviləyə imza atacaqları gözlənilir. “Yuventus”un prezidenti Andrea Anyelli də Konte ilə uzunmüddətli müqavilə bağlamaq istədiklərini qeyd edib.
 
Xatırladaq ki, son günlər Kontenin adı “Monako” və İtaliya millisi ilə hallanır.
Shares: