“Qəbələ”nin baş məşqçisi Yuri Syomin 4 futbolçudan imtina edib. Futbolinfo.az xəbər verir ki, rəsmən açıqlanmasa da, rusiyalı mütəxəssis yeni gələcək oyunçular üçün boş yer açmağa çalışır və rəhbərliyə Deyan Kelhar, Yannik Kamanan, Lourival Assis və Umar Kalabanenin göndərilməsi üçün təqdimat yazıb.
Maraqlidi ki, bu 4 futbolçunun toplam illik gəliri 1 milyon 200 min dollardan çoxdu. Amma bu futbolçuların hər biri ilə muqavilə qüvvədə oldugundan hazirda qarşılıqlı anlaşma uzərində muzakirələr gedir. Əvəzində komandaya Ramiz Məmmədovun dövründə transfer olunmuş Nikola Valentiçlə yeni 1,5 illik müqavilənin şərtləri razılaşdırılıb.
Yeni transferlərdə ilk olaraq yerli bazara üstünlük verən əyalət təmsilçisi artıq bəzi gənclərlə ilkin razılıq əldə edib. “İnter”in düşərgəsindən bir oyunçunu gözaltı etdiyi deyilən Syomin mövsümün əvvəlindən arzuladığı bir transferi isə reallaşdırıb. Belə ki, AZAL-ın futbolçusu Ruslan Tağızadə “Qəbələ” ilə anlaşıb və qışda əyalət klubuna keçəcək.
FƏRİD





