İtaliya A seriyasında inamla çıxış edən “Napoli”də baş məşqçi dəyişikliyi yaşana bilər. Buna səbəb Rafael Benitesin yenidən İngiltərə premyer-liqasından təkliflər almasıdı.
Futbolinfo.az xəbər verir ki, ispan mütəxəssisin xidmətində “Tottenhem” maraqlıdı.
 
London təmsilçisi 53 yaşlı məqşçini yanvarda “Uayt Hert Leyn”ə aparmaq istəyir. Hazırda isə paytaxt klubu Lui Van Qalla da danışıqlar aparır. Bu danışıqlar uğursuz başa çatsa Tottenhem Benitesə müraciət edəcək.
 
Benites Premyer Liqada daha öncə “Liverpul” və “Çelsi”ni çalışdırıb.
Shares: