İngiltərənin “Hall Siti” komandasının yarımmüdafiəçisi Cek Livermor “Vest Bromviç”lə oyunda dəyəri 6 min funt olan fotokameranı sındırıb. Futbolinfo.az xəbər verir ki, 28-ci dəqiqədə qol vurduqdan sonra sevincini kameraya təpik vurmaqla büruzə verən oyunçu jurnalistə böyük ziyan vurub.
 
Oyundan sonra fotokameranın sahibi Riçard Xitkout bu insidentlə bağlı tvitterdə Livermora yazıb. Futbolçu isə günahını yumaq üçün Riçarda 6 min funt ödəyəcəyini bildirib.
Shares: