“Xəzər Lənkəran”a və “Qəbələ”yə keçidi gündəmdə olan Ruslan Tağızadənin qış fasiləsindən sonra hansı komandada oynayacağı hələ ki, dəqiqləşməyib. Futbolinfo.az saytına danışan AZAL-ın futbolçusu sabah yeni klubunun adına aydınlıq gələcəyini bildirib:
 
“Hələ ki, hansı kluba gedəcəyimə qərar verməmişəm. Təkliflər çoxdu. 3 klubdan təklif var. Klub rəsmiləri ilə bu gün görüşəcəm və hara gedəcəyimə qərar verəcəm. Sabah səhər dəqiq bilinəcək. Bu barədə indi dəqiq heç nə deyə bilmirəm. “Xəzər Lənkəran” variantı da var. Gedəcəyim klub çempionluğa oynayandı. Paytaxt klublarına da keçə bilərəm. Bu barədə sabah yüz faiz bilinəcək”.
 
Qeyd edək ki, Tağızadənin "Qəbələ"yə keçidi daha inandırıcı görünür. Artıq onun bölgə klubu ilə 2 illik müqavilə ilə bağlı ilkin razılıq əldə etdiyi bildirilir.
Shares: