“Bakı”nın baş məşqçisi Milinko Pantiç “Qarabağ”ın hollandiyalı yarımmüdafiəçisi Leroy Corcu sərəncamında görmək istəyir. Futbolinfo.az xəbər verir ki, bununla baglı futbolçu ilə danışan klub numayəndələri Pantiçi məyus etməli olublar.
 
Belə ki, Corc “Qarabağ”la müqaviləsi oldugunu və hazırkı komandasını dəyişmək fikrində olmadığını bildirib.
 
Futbolçudan rədd cavabı alan “Bakı” "Qarabağ"a müraciət etməyə lüzum görməyib.
Shares: