“Xəzər Lənkəran”dan ayrılacağı gözlənilən Nikola Qliqorov hələ ki, öz ölkəsində istirahətdədi. Makedoniyada dincələn futbolçu yanvar ayının 4-də Türkiyəyə gələcək və komandanın hazırlığına qatılacaq.
Futbolinfo.az saytına açıqlamasında yarımmüdafiəçi komandasının hazırkı vəziyyətindən və “Xəzər Lənkəran”ı tərk etmək ehtimalından danışıb: “Xəzər Lənkəran” üçün mövsüm heç də yaxşı başlamadı. Biz startda xeyli lazımsız xallar itirdik. Mövsümü 8-ci pillədə başa vurmaq bizə yaraşmır. Daha yaxşı yerlərə layiq idik. Düzdü, çempionatın son 3 oyununda heç də pis təsir bağışlamadıq. Amma yenə də ili 8-ci pillədə başa vurmaq yaxşı nəticə deyil”.
Makedoniyalı yarımmüdafiəçi Toşakın gedişi haqqındada fikirlərini bildirib: “Mən Toşakın istəyi ilə komandaya gəlmişdim. “Xəzər Lənkəran”ı sevirəm. Amma düşünmürəm ki, onun gedişi mənə problem yaratsın. Futbolçular haqda qərarı baş məşqçilər verir. Mustafa Dənizli mənim haqqımda nə qərar verəcək, onu bilmirəm. Amma klubla müqaviləm var və burada qalmaq istəyirəm. Hər şeyə yanvarın 4-də aydınlıq gələcək. Məhz həmin gün bizim hazırlığımız başlayacaq və mən Türkiyəyə gələcəm”.





