“Qarabağ” qışda liderlərindən biri olan Riçard Almeyda ilə yollarını ayıra bilər. Futbolinfo.az xəbər verir ki, komandaya 1,5 il əvvəl Braziliyanın “Santo-Andre” klubundan transfer olunmuş yarımmüdafiəçi həm Avropada, həm də vətənində bir sira klubun diqqətini çəkib.
 
Artıq “Qarabağ”a bir neçə klubdan təklif də gəlib. Ağdamlılar mövsümün ortasında aparıcı futbolçunun transferində elə maraqlı olmasalar da, deyilənə görə, təklif olunan məbləglər klubu Riçardın yerinə əvəzləyici axtarmaga vadar edib. Ağdam klubunun Almeydanın satışından böyük həcmdə gəlir əldə etmək imkanı var.
 
Xatırladaq ki, bir neçə il öncə Ağdam klubu Vaqif Cavadovu Hollandiya “Twente”sinə satarken 1 milyon avrodan artıq gəlir əldə etmişdi. İndi isə söhbət daha böyük rəqəmdən gedir.
Shares: