Almaniyanın "Bavariya" klubunun futbolçusu Frank Riberi gələcək karyerası haqda danışıb. Futbolinfo.az xəbər verir ki, 30 yaşlı fransız futbol həyatını ABŞ və ya Birləşmiş Ərəb Əmirliklərində davam etdirə biləcəyini istisna etməyib:
"Karyeramı ABŞ və ya Birləşmiş Ərəb Əmirliklərində davam etdirə bilərəm. Bu ölkələr mənə çox maraqlı gəlir. Lakin bunu karyeramın sonu adlandırmaq düzgün olmaz. Hələ ki, gələcək karyeramla bağlı qərar verməyə tələsmirəm. Çünki "Bavariya"da xoşbəxtəm. Bu komandadan sonra Avropada karyeramı davam etdirəcəyim ikinci bir klub yoxdu".
Qeyd edək ki, Riberi 2007-ci ildən "Bavariya"nın şərəfini qoruyur.





