"Bavariya" klubunun sabiq baş məşqçisi Yupp Haynkes DÇ-2014 haqda fikirlərini bölüşüb. Futbolinfo.az xəbər verir ki, o, Almaniya millisinin qarşıdakı dünya çempionatında şanslarını dəyərləndirib.
 
Mütəxəssis ölkəsinin sabiq yetirməsi Bastian Şvaynştaygerin sayəsində dünya çempionu ola biləcəyini deyib: "Əgər dünya çempionu olmaq istəyiriksə, buna yalnız Bastian Şvaynştaygerin sayəsində nail ola bilərik. O, Almaniyanın ən yaxşı yarımmüdafiəçisidi. Dünyada ona bənzər bir neçə futbolçu var. Lakin Şvaynştayger məşqçinin düşünən beynidi".
 
Almaniya millisi G qrupunda Portuqaliya, Qana və ABŞ yığmaları ilə birgə mübarizə aparacaq.
Shares: