İspaniyanın “Valensiya” klubunun prezidenti Amadeo Salvo klubun səhmlərini satmağa hazırlaşır. Futbolinfo.az xəbər verir ki, o, Sinqapurdan olan milyarderin təklif aldığını deyib:
"Piter Lim bizə gözəl təklif edib. “Valensiya”nı 250-300 milyona satmaq lazımdı. Yeni investor klubun borclarını qaytaracaq, stadionun inşasını başa çatdıracaq və yeni oyunçuların alınmasına sərmayə qoyacaq. Eyni zamanda klub Valensiyanın sakinləri tərəfindən idarə ediləcək. Limin təklifi bizi hərtərəfli qane edir. Həm də o futbolun əsl fanatıdı".





